Gürcüstan Prezidenti impiçment fonunda istefa verməyəcəyini açıqlayıb



Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin impiçmentlə bağlı qərarı fonunda istefa vermək niyyətində olmadığını bildirib.


Bu barədə ölkə rəhbəri televiziya ilə çıxışı deyib.


"Heç yerə getmirəm. İstefa vermirəm. Mən olduğum yerdə qalacağam. Ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparacam”, - Zurabişvili bəyan edib.


Qeyd edək ki, Gürcüstanın Konstitusiya Məhkəməsi impiçment proseduru çərçivəsində ölkə Prezidenti Salome Zurabişvili tərəfindən ölkənin əsas qanununun pozulduğunu təsdiqləyib. Qərarı 9 hakimdən 6-sı dəstəkləyib.


Konstitusiya Məhkəməsinin qərarından sonra Prezidentin impiçmenti qərarı parlamentə təqdim ediləcək. Onun vəzifədən kənarlaşdırılması üçün 100 deputatın səsi kifayət edəcək. Qanunverici orqanda çoxluq hakim “Gürcü Arzusu” Partiyasında olduğundan dövlət başçısı vəzifədən uzaqlaşdırıla bilər.


Bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.





Report

Şərhlər
Dünya bölməsinin xəbərləri