“Fitch”: "Azərbaycanın bank sektorunun maliyyə sabitliyi daha da yaxşılaşacaq"



“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının əməliyyat mühiti üzrə “b+” səviyyəsində olan reytinqi üzrə proqnozunu "sabit"dən "müsbət"ə doğru dəyişib.


Live.az-ın məlumatına görə, Report  Fitch agentliyinə istinadən xəbər verir ki, bu, yüksək tsiklikliyə malik Azərbaycan iqtisadiyyatında maliyyə sabitliyinin yaxşılaşmağa davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.


"Bu, yerli bankların daha güclü maliyyə xüsusiyyətləri və tənzimləyici nəzarətin gücləndirilməsi sayəsində mümkün olacaq. Tənzimləyici nəzarətin gücləndirilməsi həm də aktivlərin keyfiyyətinə təsir edən miras qalmış risklərin yumşaldılmasına gətirib çıxarır", - agentlik qeyd edib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri