ABŞ Prezidenti Cozef Bayden İordaniyada dördtərəfli sammitdə iştirak edəcək.
Bu barədə "The Times of Israel" nəşri yazıb.
Bildirilib ki, ABŞ prezidenti təxminən beş saat İsraildə qalacaq, daha sonra Əmman gedərək İordaniya kralı II Abdullahla görüşəcək.
Cozef Bayden daha sonra II Abdullahın evsahibliyi edəcəyi dördtərəfli sammitdə iştirak edəcək. Zirvə görüşünə Fələstin Prezidenti Mahmud Abbas və Misir Prezidenti Əbdülfəttah əs-Sisi də qatılacaqlar.
Report