Avropa Komissiyasının rəhbəri: “Qəzzada xəstəxanaya hücum edənlər cəzalandırılmalıdır”



“Qəzzada xəstəxanaya hücuma görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır”.


Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında çıxışı zamanı bildirib.


“Xəstəxanaya hücumun heç bir əsası yoxdur. Hücumu təşkil edənlər müəyyən olunmalı və günahkarlar cəzalandırılmalıdır", - AK rəhbəri vurğulayıb.


Qeyd edək ki, Qəzza zolağında xəstəxanaya endirilən hava zərbəsi nəticəsində 800-dən çox insan həlak olub. İsrail Müdafiə Nazirliyi bildirib ki, Qəzzada xəstəxananın vurulmasına görə məsuliyyət “İslami Cihad” qruplaşmasının üzərinə düşür.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri