Kanadanın Baş naziri Hindistanı beynəlxalq hüququ pozmaqda ittiham edib



Hindistan hökumətinin 41 kanadalı diplomatın ölkədən çıxarması diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır.


Bunu Kanadanın Baş naziri Castin Trüdo bəyan edib.


Onun sözlərinə görə, Yeni Dehlinin hərəkətləri Hindistan və Kanadada milyonlarla insanın həyatını inanılmaz dərəcədə çətinləşdirəcək.


“Hindistan hökumətinin bu həftə atdığı addımlar beynəlxalq hüquqa ziddir. Bu, Vyana Konvensiyasının pozulmasıdır. Belə bir qərarın diplomatik dünya üçün çox böyük nəticələri ola bilər”.


Qeyd edək ki, Kanadanın 41 diplomatı dövlətlər arasında fikir ayrılığı səbəbindən Hindistanı tərk etməli olub. Hindistanda yalnız 21 kanadalı diplomat qalacaq. Bundan başqa, diplomatik korpusun ixtisarı səbəbindən səfirlik Hindistandakı xidmətlərini məhdudlaşdırmalı olacaq. Bu isə immiqrasiya məsələlərinə baxılma müddətinin uzanmasına gətirib çıxaracaq. Çətinliklər ilk növbədə Hindistan vətəndaşlarına, o cümlədən Kanadada təhsil alan tələbələrə təsir göstərəcək.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri