«Bakı Payızı-2023» qala-konserti keçiriləcək

Noyabrın 3-də Heydər Əliyev sarayında sizi fantastik «Bakı Payızı-2023» qala-konserti gözləyir. Bu, sözün əsl mənasında fantastik şoudur, çünki siz zaman -məkan səyahətinə çıxacaqsınız. Müasir işiq, səs effektləri və 3D görüntüləri ilə müşayiət olunan musiqi sədaları altında siz köhnə Bakının dar küçələrini dolaşıb, Misirin möhtəşəm ehramlarını ziyarət edəcəksiniz, sonra müasir Amerikanın, İtaliyanın və digər ölkələrin şəhərlərini gəzib, doğma Xəzərin sahillərinə qayıdacaqsınız və...  Amma, yaxşısı budur, bütün sürprizləri açıqlamayaq.  Çünki yüz eşitməkdənsə bir görmək yaxşıdır.

Ən əsası, siz birinci olaraq müsabiqənin qaliblərinin - ən yaxşı vokalçı, rəqqas, bəstəkar, musiqi qruplarının adını öyrənəcəksiniz! Üstəlik onların ifasında həm təzə hitləri, həm yeni aranjimanda köhnələrini dinləyə biləcəksiniz!

Hər çıxış, hər mahnı və kompozisiya – səhnələşdirilmiş, sintetik bir tamaşadır.

Diqqətinizə 15-dən çox yeni müəllif mahnısı təqddim ediləcək, o cümlədən məşhur bəstəkar, əfsanəvi “Karvan” qrupunun hit-meykeri, “Tufanla oynama!”, “Sarı güllər”, “Qara gözlər” və dillər əzbəri olmuş digər hitlərin müəllifi Mikayıl Vəkilovun yeni bəstələrini ilk dəfə məhz siz eşidəcəksiniz.

Yeni ulduzlar səhnəyə Azərbaycanın ən populyar meqa-starları ilə birgə çıxaraq duetlə oxuyacaq.

Bütün bunlar və başqa sürprizlər sizi noyabrın 3-ü Heydər Əliyev sarayında gözləyir!

Fantastik səyahətə ulduzlarla birgə çıxıb onların ifasından zövq almaq imkanını qaçırmayın!

Biletləri şəhərin bütün kassalarından və İtickets.az saytından əldə etmək mümkündür.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri