“Ermənistan və Azərbaycan liderlərinin oktyabrın sonunda Brüsseldə keçirilməsi planlaşdırılan görüşü baş tutmayacaq”.
Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "APRI Armenia" təhlil mərkəzinin onlayn konfransında deyib.
O, “Cənubi Qafqazda effektiv diplomatiyanın təmin edilməsi” adlı panelində çıxışda qeyd edib ki, bu görüşün başqa vaxt keçirilməsinin mümkünlüyü üzərində iş davam etdirilir: “Biz Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışırıq. Prosesin ləng getməsinə baxmayaraq, inanırıq ki, bu, sənəd imzalanması ilə nəticələnəcək”.
Report