Parlament sədri: "3+3” platforması Ermənistan üçün çox vacibdir"



“Cənubi Qafqaz regionunu əhatə edən “3+3” platforması Ermənistan üçün çox vacibdir”.


Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 25-də keçirdiyi brifinqdə bildirib.


“Əgər siz regionun problemlərini orada təmsil olunan ölkələrlə müzakirə etməsəniz, onda Asiya dövlətləri ilə də danışıqlar apara bilməyəcəksiniz”, - o vurğulayıb.


Qeyd edək ki, “3+3” formatı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsdür. Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya daxildir.


“3+3” formatında birinci nazirlər görüşü oktyabrın 23-də İranın paytaxtı Tehranda keçirilib. Gürcüstan görüşə qatılmayıb.


Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır.




Report


Şərhlər
Siyasət bölməsinin xəbərləri