“Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Fələstinin HƏMAS hərəkatını pisləyən düzəlişi rədd edən Yaxın Şərq qətnaməsinin qəbulundan sonra BMT legitimliyini itirdi”.
Bu açıqlama ilə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan çıxış edib.
"Bu, tarixə rüsvayçılıq nümunəsi kimi düşəcək bir gündür. Biz hamımız müşahidə etmişik ki, BMT-nin zərrə qədər legitimliyi və ya aktuallığı qalmayıb. Təəssüf, indicə şahidi olduğumuz tamaşa şübhəsiz ki, BMT-nin vəhşiliklərin qarşısının alınmasına deyil, davam etdirilməsinə sadiqliyini sübut edir”, - Gilad Erdan deyib.
Qeyd edək ki, daha əvvəl BMT Baş Assambleyası Fələstin-İsrail münaqişəsi ilə bağlı İordaniyanın təqdim etdiyi qətnaməni qəbul edib. Sənədin lehinə 120 ölkə səs verib, 14 ölkə onun əleyhinə çıxıb, 45 ölkə isə bitərəf qalıb.
Report