BƏƏ Yaxın Şərqlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını tələb edib

Birləşmiş Ərəb Əmirlikləri Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının keçirilməsini tələb edib.


Bu barədə oktyabrda Təhlükəsizlik Şurasına sədrlik edən Braziliyanın dünya təşkilatı yanında daimi nümayəndəliyi məlumat yayıb.


Qeyd olunub ki, BƏƏ-nin tələbi BMT Təhlükəsizlik Şurasına göndərilib və görüşün vaxtı məsələsi nəzərdən keçirilir.

Şərhlər
Dünya bölməsinin xəbərləri