Antoni Blinken Təl-Əvivdə Benyamin Netanyahu ilə görüşüb



ABŞ dövlət katibi Antoni Blinkenin İsrailə səfəri başlayıb.


O, Baş nazir Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşəcək.


Görüşlər zamanı HƏMAS-a qarşı mübarizənin və mülki əhalinin müdafiəsi istiqamətində lazım olan addımların atılması nəzərdə tutulur.


Bu, oktyabrın 7-də Yaxın Şərqdə müharibə başlayandan bəri Antoni Blinkenin İsrailə növbəti səfəridir. O, daha əvvəl oktyabrın 11-də İsraildə olub.


Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.





Report

Şərhlər
Dünya bölməsinin xəbərləri