Qətər əmiri: “Qəzza zolağında humanitar atəşkəsə ümid bəsləyirik”

Qatar


“Qətər Qəzza zolağında münaqişənin həlli üçün diplomatik səylərini davam etdirir və yaxın gələcəkdə humanitar atəşkəsin nail olacağına ümid bəsləyir”.


Bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə iclasında bildirib.


“Eskalasiyanın azaldılması, qan tökülməsinin dayandırılması və mülki əhalinin müdafiəsi üçün bütün diplomatik səyləri bundan sonra da dəstəkləyəcəyik”, - o deyib.





Report, TASS 

Şərhlər
Dünya bölməsinin xəbərləri