XİN başçısı İsrail – Fələstin münaqişəsi barədə: Mülki şəxslərin əziyyət çəkməsi narahatlıq doğurur



İsrail – Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsi, xüsusilə mülki şəxslərin hazırkı eskalasiyadan ən çox əziyyət çəkən tərəf olması ciddi narahatlıq doğurur.


Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxış edərkən bildirib.


O, Bakı adından münaqişə qurbanlarının ailələrinə başsağlığı çatdırıb.


Eyni zamanda, iclasda Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə, beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.




Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri