Zurabişvili: "Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə daxil olacaqlar"



Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına üzv olmasını təklif edib.


O, bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib.


O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Xeyr, düşünürəm ki, bu, eyni zamanda baş verəcək” deyə cavab verib.


“Bu, 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini deyə bilmərəm, necə deyərlər, növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq”, - Zurabişvili əlavə edib.



APA

Şərhlər
Siyasət bölməsinin xəbərləri