S&P: “Azərbaycan oktyabrda OPEC kvotasından 70,2 % istifadə edib”

Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik 480 min barel neft hasil edilib.


Bu barədə "S&P Global Commodity Insights"ın "Platts"  xəbər verir.


Məlumata görə, bu göstərici OPEC-in kvotasından sutkada 204 min barel və yaxud 29,8 % azdır. Başqa sözlə, Azərbaycan ötən ay OPEC kvotasından 70,2 % istifadə edib. Xatırladaq ki, oktyabrda Azərbaycanın gündəlik neft hasilatı üzrə kvotası 684 min bareldir.


OPEC+ Birgə Nazirlərin Monitorinq Komitəsinin (JMMC) avqustun 4-də keçirilən son iclasında qiymətləri dəstəkləmək üçün kvotaların saxlanması barədə qərar qəbul edilib. Bununla belə, bir çox analitiklər OPEC+ üzrə hasilatın azaldılması ilə yanaşı, 2023-cü ilin ikinci yarısında tələbin artımını gözləyirlər ki, bu da neft bazarının sərtləşdirilməsinə gətirib çıxaracaq.


JMMC-nin növbəti tamtərkibli görüşü isə noyabrın 26-na planlaşdırılıb. Qrup bazar şərtlərinin əlavə tədbirlərə ehtiyac olduğunu hesab edərsə, daha erkən görüş keçirə bilər.





Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri