Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Yığmamız Bakıda İsveçi qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov, 6-cı dəqiqədə isə Renat Dadaşov vurub.
57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb.
Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin 7 xalı var.
F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.