Bakıda qan içində meyit tapıldı
- 28.08.2013, 15:28,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Nərimanov rayonu ərazisində çoxsaylı bıçaq xəsarətlərilə öldürülən kişi meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Daş karxanası küçəsində tapılan meyitin Ordubad rayon sakini Rasim Nağıyevə məxsus olduğu məlum olub.
Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini Zöhrab Əsgərov tutulub. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.