İsraillə HAMAS arasında 5 günlük atəşkəs olacaq, 53 israilli girov azad ediləcək




İsraillə HAMAS arasında atəşkəs beş gün davam edəcək.


Bu barədə "Jerusalem Post" İsrail rəsmisinə istinadən məlumat yayıb.


Bildirilib ki, ümumilikdə 53 israilli girov, o cümlədən 40 uşaq və 13 qadın azad ediləcək.


///


İsrail mediası HAMAS-la mümkün razılaşmanın detalları barədə məlumat yayıb.


Bu barədə "Jerusalem Post" məlumat yayıb.


Bildirilib ki, təklif olunan razılaşma 4 günlük atəşkəs müqabilində təxminən 50 israilli uşaq və onların analarının azad edilməsini nəzərdə tutur. Proses 1:3 formatında həyata keçiriləcək və hər 1 israilli girov qarşılığında 3 fələstinli məhbus azad ediləcək.


Qeyd edək ki, "Reuters" adı açılanmayan rəsmi mənbələrə istinadən məlumat yayıb ki, İsrail və HAMAS arasında razılaşma ilə bağlı danışıqlar son mərhələdədir və tezliklə tərəflər arasında razılaşma əldə oluna bilər.




APA

Şərhlər
Dünya bölməsinin xəbərləri