“Fələstin məsələsinin adil siyasi həlli olmadan bölgəmizdə daimi sülhün və sabitliyin təsis edilməsi mümkün deyil”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, 1967-ci ilin sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılması artıq qaçılmaz bir reallıqdır.
Ərdoğan, həmçinin girov düşən şəxslərin mübadiləsində ən qısa zamanda nəticə əldə ediləcəyinə ümid etdiyini vurğulayaraq, bu istiqamətdə danışıqların davam etdiyini də əlavə edib.
APA