“Fənərbaxça” iki il müddətinə Avropa klub turnirlərində iştirakdan məhrum edilib

Beynəlxalq İdman Məhkəməsi (CAS) Türkiyənin “Fənərbaxça” klubunun Avropa kuboklarında iki il iştirakına qoyulan qadağadan verilən apellyasiya şikayəti əsasında qərar çıxarıb.


APA-nın məlumatına görə, CAS “Fənərəbaxça”ya verilmiş iki illik cəzanı qüvvədə saxlayıb. Qərarda bildirilir ki, UEFA “Fənərbaxçanı” danışılmış oyunların təşkili ittihamı ilə əlaqədar Avropa kuboklarında iştirakdan iki il müddətinə məhrum edib. Klubun verdiyi apellyasiya şikayəti ilə əlaqədar CAS UEFA-nın qərarının tətbiqini təxirə salıb, apellyasiya ilə bağlı qərar məlum olana kimi “Fənərbaxça”ya Çempionlar Liqası təsnifat mərhələsində iştiraka icazə verib.


CAS 21-22 avqust tarixlərində keçirilmiş dfinləmələrin nəticəsi olaraq UEFA-nın qərarını qüvvədə saxlayıb və qərar əsasında “Fənərbaxça” klubu iki il müddətinə Avropa klub turnirlərində iştirakdan məhrum edilib.
Şərhlər
İdman bölməsinin xəbərləri