Ukrayna Xarici Kəşfiyyat Xidməti Rusiyanın müharibədəki əsas vəzifələrini açıqlayıb




“Rusiya lazım olduğu qədər mübarizə aparmaqda qərarlıdır”.


Bunu ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko deyib.


Onun fikrincə, müharibə bir-birini tükəndirmə mərhələsinə qədəm qoyub: “Rusiyanın Ukraynada 3 əsas vəzifəsi var: cəbhəyə diqqət, infrastrukturu sarsıtmaq və sosial birliyi pozmaq”.


Xidmət rəisinin sözlərinə görə, Rusiya artıq 2024-2025-ci illərdə orduya qəbul planlarına “xüsusi hərbi əməliyyat” faktorunu da daxil edir: “Moskva hesab edir ki, Ukrayna ilə uzun müddət indiki səviyyədə hərbi əməliyyatlar aparmaq üçün kifayət qədər resurs var. Bundan əlavə, Kreml əmindir ki, Ukraynanın daxili resursları tükənməyə doğru gedir. Rusiya indi öz strategiyasına dəyişiklik etmək istəyir”.


O, iddia edib ki, Rusiyanın əsas vəzifələri bunlardır: “Əhəmiyyətli məntəqələrin, xüsusilə Avdeevkanın tutulması ilə bütün cəbhə xətti boyunca təzyiq, həyat keyfiyyətini aşağı salmaq üçün qışda mühüm infrastrukturun, o cümlədən elektrik stansiyaları, neft emalı zavodları, nəqliyyat qovşaqlarının məhv edilməsi və ictimai birliyi pozmaq. Qarşı tərəf istəyir ki, Ukraynada hökumətin siyasətindən narazı kütlə formalaşsın”.


Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri