Azərbaycan və Gürcüstan liderlərinin Bakıda müzakirə etdiyi məsələlər məlum olub



Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ölkələr arasında strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Bu barədə hökumət administrasiyasının məlumatında deyilir.


Qeyd edilib ki, görüşdə iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə əsas diqqət yetirilib, eləcə də Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb.


Gürcüstan və Azərbaycan arasında mühüm layihələr də müzakirə edilib. Buraya Orta Dəhlizin inkişaf perspektivləri, dəmir yolunun təkmilləşdirilməsi, limanların və avtomobil yollarının genişləndirilməsi daxildir.


Baş nazirin sözlərinə görə, Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, iki ölkənin nəqliyyat potensialını daha da gücləndirəcək.


Bildirilib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya dəmir yolu dəhlizinin bir hissəsinə çevriləcək.


Genişmiqyaslı layihənin - Qara dəniz sualtı kabelinin hazırlanmasına xüsusi diqqət yetirilib.


“Tərəflər dünyada və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Baş nazir ümid edir ki, Azərbaycan tezliklə Ermənistanla sülh sazişi imzalayacaq”, - məlumatda bildirilir.



Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri