Qəzza zolağında saxlanılan 25 əsir və girov azad edilib



13 israilli əsir, həmçinin 12 Tailand vətəndaşı Qəzzadan azad edilərək Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.


Bu barədə Misirin dövlət informasiya xidmətindən bildirib.


İsrailin həmçinin 39 fələstinli məhbusu azad edəcəyi gözlənilir.


Məsələ barədə Tailandın Baş naziri Settha Thavisin də “X” sosial şəbəkəsində məlumat verib.


“Təhlükəsizlik xidmətləri və Xarici İşlər Nazirliyi 12 tailandlı girovun azad edildiyini təsdiqləyib”, - o paylaşımında qeyd edib.


Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri