Türkiyənin müdafiə naziri: "Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir"



"Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr strateji əhəmiyyət kəsb edir".


Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.


"Münasibətlərimizi inkişaf etdirmə qərarlıyıq. Qafqazda sabitliyin olması üçün çalışırıq. Azərbaycan torpaqlarını işğaldan azad edib. Region ölkələri öz problemlərini özləri həll edə bilər. Bunu beynəlxalq ictimaiyyətə göstərmək üçün İrəvan və Bakı arasında təmasları dəstəkləyirik.


"3+3" platformasının problemlərin sülh yolu ilə həll üçün yaxşı format olduğunu düşünürük. Ermənistan yaranan fürsəti lazımi səviyyədə dəyərləndirə bilmir", - nazir bildirib.


Y.Gülər söyləyib ki, Azərbaycanın NATO təlimlərində iştirakının artırılmasını istəyirlər.





Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri