Bakıda məktəbin zirzəmisində partlayıcı qurğu aşkarlanıb

Bakıda zirzəmidə partlayıcı qurğu aşkarlanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda inzibati binanın zirzəmisində təmir-tikinti işləri aparılan vaxt partlayıcı qurğu aşkarlanıb. Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd RQ-42 əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər növ şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 12:58-də başa çatıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, partlayıcı qurğu rayon ərazisində yerləşən 234 nömrəli məktəbin zirzəmisindən tapılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri