"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyası - COP28 iqlim dəyişikliyi ilə mübarizədə böyük dönüş nöqtəsi ola bilər”.
Bunu Böyük Britaniya Kralı III Çarlz COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində çıxışı zamanı deyib.
Britaniya Kralı qeyd edib ki, qlobal istiləşmə, iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi səbəbindən müasir dünyanın üzləşdiyi mövcud təhlükələr haqqında həqiqətləri çatdırmağa çalışır.
“Təkrarlanan siklonlar Vanuatu və Dominika kimi ada dövlətlərinə zərər verib. Hindistan, Banqladeş və Pakistanda misli görünməmiş daşqınlardan, Şərqi Afrika isə quraqlıqdan əziyyət çəkir. Keçən yay İspaniya, Yunanıstan, ABŞ və bir çox başqa ölkələr, o cümlədən Kanada tarixin ən pis meşə yanğınlarını yaşadı. Bu iqlim dəyişikliklərinin yaratdığı təhlükələri dərk etmək üçün fasilə verməliyik”, - o bildirib.
Report