TBMM sədri: “Təkqütblü dünya sistemi çöküb”



“Təkqütblü dünya sistemi çöküb”.


Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda Yeni Yüz İl Universitetinin yeni tədris ilinin açılışında çıxışı zamanı deyib.


O bildirib ki, bu gün çoxqütblü bir dünya yaranır: “Bizi daha böyük çətinliklər, mübarizələr gözləyir. Dünyada Qərb dəyərləri artıq zəifləyir, demək olar, iflasa uğrayıb. Bu gün Qərb öz prinsiplərinə də əməl etmir. Artıq dünyanın hər yerində Qərb dəyərlərinə şübhə ilə yanaşılır”.


N.Kurtulmuş vurğulayıb ki, dünyada yeni siyasi sistemin formalaşması şərtdir: “Biz istəsək də, istəməsək də, bu olmalıdır. Dünya hazırda İkinci Dünya müharibəsindən əvvəlki dövrə çox yaxındır. Ya problemləri həll edəcəyik, ya da çox böyük müharibələrə hazır olmalıyıq”.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri