XİN: Azərbaycan kimyəvi silah tətbiqinin əleyhinədir

Azərbaycanın BMT yanında nümayəndəliyi Suriya məsələsini diqqətdə saxlayır və bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının digər üzvləri ilə mütəmadi məsləhətləşmələr keçirir.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

O, Azərbaycanı üçün hər hansı kimyəvi silah tətbiqinin qəbuledilməz olduğunu deyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri