Cari ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət törədilib



Cari ilin 9 ayında Azərbaycanda qadınlara qarşı 5034 cinayət hadisəsi törədilib.


Bunu Baş Prokurorluğun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov dekabrın 6-da Bakıda keçirilən "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.


Onun sözlərinə görə, bu ilin 9 ayında ailə-məişət zorakılığı zəminində törədilən cinayətlərin sayı 1296 olub.


R.Süleymanov bildirib ki, məişət zəminində törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxs qadınlar, 344 nəfəri kişilər, 14-ü yetkinlik yaşına çatmayan şəxslər olub.




Report

Şərhlər
Sosial bölməsinin xəbərləri