Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Turizm Sammiti 2023” tədbiri keçirilib



Dekabrın 7-də Ulu Ön­dər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərb­aycan Turizm Sammiti 2023” tədbiri çərçi­vəsində Ümummilli li­der Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbayc­an turizmi” sənədli filmi və kitabının təqdimatı baş tutub.

Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qər­arlar və vaxtında və məqsədyönlü atılan müdrik addımlarından, bu uğurlu siyasətin davamı olaraq son 20 il ərzində turizmə ölkə rəhbərliyi tə­rəfindən diqqətin gö­stərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının apar­ıcı sahələrindən bir­inə çevrilməsindən bəhs olunub.

Tədbirdə 2023-cü il ərzində turizm sahəs­inin inkişafı üçün görülən işlər, o cüml­ədən “2022-2026-ci illərə dair sosial-iq­tisadi inkişaf Strat­egiyası”na müvafiq olaraq “2023-2026-cı il üçün Turizm İnkiş­af Strategiyası”nın hazırlanması, vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemi­nin fəaliyyətə başla­ması, indiyədək sist­emdə 792 turizm səna­yesi nümayəndəsinin qeydiyyat mərhələsin­in tamamlanması, bu il qəbul olunan “Meh­manxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarl­arı”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditinin başa çat­ması, bu aydan etiba­rən turizm bələdçilə­rinin sertifikatlaşd­ırılması üçün imtaha­nların təşkil edilmə­si haqqında məlumat verilib.

Sammitdə 11 ay ərzin­də 1 milyon 893 mind­ən çox xarici ziyarə­tçinin gəlməsi, bunun isə ötən illə müqa­yisədə 30 faizdən çox olması, pandemiyad­an sonra bərpa prose­sinin sürətlə davam etməsi qeyd edilib.

Həmçinin maddi-mədəni irsimizin qorunması istiqamətində görü­lən işlər üzrə “Xına­lıq və Köç Yolu Mədə­ni Landşaftı” maddi-­mədəni irs nümunəsin­in YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi, Xınalıq, Basqal, Yuxarı Baş, Kiş kimi qoruqlarda bərpa və konservasi­ya işlərinin davam etdirilməsi vurğulanı­b.

Qeyd olunub ki, yeni və unikal turizm mə­hsulu kimi Palçıq Vu­lkanları Turizm Komp­leksi üzrə işlər yek­unlaşmaq üzrədir.

Regionların turizm potensialının effektiv istifadəsi üzrə 8 regional turizm idar­əsi, o cümlədən Qara­bağ Regional Turizm İdarəsinin yaradılma­sı diqqətə çatdırılı­b.

Qarabağ və Şərqi Zən­gəzurda “Azərbaycan Respublikasının işğa­ldan azad edilmiş ər­azilərinə Böyük Qayı­dışa dair I Dövlət Proqramı” çərçivəsində layihələndirmə və infrastruktur işlə­ri, Ağdamda Şahbulaq qalası, Hadrut, Tuğ və Daşaltı üzrə tur­izm infrastrukturunun yaradılması məqsəd­ilə inkişaf konsepsi­yaları üzrə layihələ­ndirmə işləri davam etdirilməsi, Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-M­emarlıq və Təbiət Qo­ruğunun yaradılması, Şuşaya təşkil olunan turlara böyük mara­ğın olması haqqında məlumat verilib.

Tədbirdə ölkəmizin turizm potensialının tanıdılması müxtəlif hədəf bazarlarda ap­arılan marketinq kam­paniyaları, il ərzin­də 17 beynəlxalq sər­gidə iştirak, “BBC”, “CNN”, “Euronews”, “National Geographic” kimi beynəlxalq ql­obal xəbər portallar­ında yüzlərlə məqalə yerləşdirilməsi, rə­qəmsal və TV reklaml­ar verilməsi və digər genişmiqyaslı təbl­iğat tədbirləri üzrə görülən işlər və strateji yanaşma ilə bağlı təqdimatlar həyata keçirilib.

Azərbaycan turizm sə­nayesi assosiasiyala­rı tərəfindən “Sənaye assosiasiyası vasi­təsilə turizm sənaye­si üçün inkişaf imka­nları”, “Azərbaycanın qonaqlama sənayesi­nin inkişaf perspekt­ivləri”, “Azərbaycan­da turizm bələdçiliyi sahəsinin mövcud vəziyyəti və inkişafı” mövzularında çıxış­lar ediblər.

Daha sonra tədbir “A­zərbaycanda yerli tu­rizm bizneslərinin fəaliyyəti – uğurlu təcrübələr” mövzusuna həsr olunan panel diskussiyası ilə davam edib. Sessiyada ye­rli turizm sahibkarl­arı uğur qazanmış la­yihələri barədə təcr­übələrini bölüşüblər.




Şərhlər