BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya ilə bağlı razılığa gələ bilməyib

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya ilə bağlı məsələdə razılığa gələ bilməyib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə EFE agentliyinə diplomatik mənbələrdən məlum olub.

Rusiya və Çin nümayəndələrinin toplantının sonunda iclas zalını tərk etdiyi, Fransa, ABŞ və Böyük Britaniya təmsilçilərinin isə müzakirələri davam etdirdiyi bildirilir.

Adının açıqlanmasını istəməyən diplomatlardan biri deyib ki, iclasdan sonra Suriya ilə bağlı qətnamə layihəsi məsləhətləşmələr üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin hökumətlərinə göndərilib.

Qeyd edək ki, Böyük Britaniyanın hazırladığı qətnamədə Suriyadakı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan tədbirlər əks olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri