UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
LIVE.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.
Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olublar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu İspaniya təmsilçisi "Betis"lə görüşəcək.
“Şturm” (Avstriya) - “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) - “Ludoqorets” (Bolqarıstan)
“Union” (Belçika) - “Ayntraxt” (Almaniya)
“Betis” (İspaniya) - Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) - “Ferentsvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) - “Budyo-Qlimt” (Norveç)
“Molde” (Norveç) - “Legiya” (Polşa)
“Makkabi” (Hayfa, İsrail) - Gent (Belçika)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.