Bu gün “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib.
Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.
Bildirilib ki, bu barədə razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında bu ilin noyabrında aparılan danışıqlar zamanı əldə edilib.
Rusiyada son aylar toyuq yumurtasının qiymətində artım müşahidə olunur. "Rosstat"ın məlumatına görə, noyabrda yumurta oktyabr ayı ilə müqayisədə 15,07% bahalaşıb, ilin əvvəlindən isə toyuq yumurtasının qiyməti 36,54% artıb.
Report