Azərbaycan 11 ayda Gürcüstanın ən böyük idxalçısı olub



Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 787,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib ki, bu da adıçəkilən ölkənin ümumi ixracının 14,1 %-i deməkdir.


 Gürcüstanın milli statistika idarəsi xəbər verir ki, bu göstərici ilə Azərbaycan qonşu ölkənin ən böyük idxalçısı olub.


Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxalı 32,3 % artıb.


Siyahıda 2-ci yerdə 710,7 milyon ABŞ dolları ilə Ermənistan və 649,2 milyon ABŞ dolları ilə Qazaxıstan qərarlaşıb.


11 ay ərzində Gürcüstan 5 milyard 584,3 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Bunun 80,5 %-i 10 ölkənin payına düşüb.


Hesabat dövründə Gürcüstanın ümumi idxalının dəyəri 14 milyard 28,5 milyon ABŞ dolları olub.



report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri