“Bayer 04” klubu Almaniya futbol tarixində yeni rekorda imza atıb.
Leverkuzen təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi 25 oyunda uduzmamaqla buna nail olub.
Son olaraq Bundesliqanın XVI turunda “Bohum” üzərində 4:0 hesablı qələbə qazanan Xabi Alonsonun kollektivi mövsümün ilk 25 görüşündə məğlub olmayan ilk Almaniya komandasıdır. “Qara qırmızılılar” bu matçların 22-də qələbə qazanıb, 3 dəfə heç-heçə edib.
Qeyd edək ki, “Bayer 04” Almaniya Bundesliqasında 16 turdan sonra 42 xalla turnir cədvəlinə başçılıq edir. Almaniya Kubokunda üç mərhələ keçərək 1/4 finala adlayan Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsindəki 6 matçın hamısında qələbə qazanıb.