"Komedixana” layihəsinin" Qar topu" solo konserti baş tutdu
Maraqlı obrazları və gülməli səhnəcikləri ilə uşaqdan böyüyə hər kəsin sevimlisinə çevrilən Komedixana layihəsinin Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə hazırladığı "Qartopu" adlı ikinci solo konserti baş tutdu.
Live.az xəbər verir ki, tədbir Heydər Əliyev Sarayında keçirilib və 3 gün ərzində konserti izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simalarıda yer alıb.
Konsertdə "Həkim" , "Moskva reysi" , "Qohumlar yasda" səhnəciklər təqdim olundu.
Hind filmlərinə parodiya gecəyə xüsusi rəng qatdı.
"Komedixana" — 2019-cu ildən Azərbaycanın Xəzər TV kanalında yayımlanan komediya verilişidi. “ Komediyaxana”da müxtəllif rollarda
Ənvər Abbasov, Xəyalə Quliyeva, Həsrət Həsrətov, Mələk Kazımova, Nicat Rəhimov, Cavidan Novruz, İlkin Misgərli, Zarina Qurbanova, Müşfiq Şahverdiyev, Gülzar Əşrəfova və Mənsur Şərif iştirak edirlər.
Konsert büyük anşlaqla keçdi və hamının zövgünə oxşadı. Tamaşaçılar sevimli aktyorlarla köhnə ili gülə-gülə yola salıb, təzə ili təbəssümlə qarşıladılar.
Live.az konsertdən şəkilləri təqdim edir: