ADY: Bakı-Pirşağı-Sumqayıt qatarının yolda qalan sərnişinləri mənzilbaşına çatdırılacaq



Bakı-Pirşağı-Sumqayıt reysinin sərnişinləri əks istiqamətdə hərəkət edən qatarla mənzilbaşına çatdırılacaq.


Bu barədə mediaya “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.


Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.


Qeyd edək ki, bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.


Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.


///



Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.


Hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.


“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı “Report”a təsdiq edib.


Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri