Azərbaycan Rusiyaya yumurtanın üçüncü partiyasını tədarük edib



Rusiyaya Azərbaycandan 306 min ədəd yumurtanın üçüncü partiyası idxal edilib.


Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.


Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə yumurtanın Azərbaycandan 18 ton (306 min ədəd) həcmində üçüncü partiyası gətirilib.


Azərbaycandan yumurtanın 36 ton (612 min ədəd) həcmində ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.


Yumurta ixracı barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri