“İsrail yaxın günlərdə Qəzza zolağında quru əməliyyatını genişləndirəcək”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Likud” partiyasının parlament fraksiyasının iclasında deyib.
“Biz dayanmırıq, mübarizəmizi davam etdiririk və yaxın günlərdə döyüşləri daha da dərinləşdirəcəyik. Bu, uzun döyüş olacaq və o, hələ bitməyə yaxın deyil”, - B.Netanyahu bildirib.
İsrailin Baş naziri dekabrın 24-də Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirdiklərini və anklavda hakim olan radikal HƏMAS hərəkatı üzərində qələbə çalana qədər müharibəni davam etdirəcəklərini bəyan edib. Elə həmin gün İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində əməliyyatlarını dərinləşdirir, irəlilədikcə radikalların istifadə etdikləri tunellər aşkarlayırlar.
Report