Putin bəzi Avropa ölkələrinin vətəndaşlarına Rusiya vizası üçün güzəştlərini ləğv edib



Prezident Vladimir Putin bəzi Avropa ölkələrinin vətəndaşlarına Rusiya vizası üçün güzəştləri ləğv edən qanunu imzalayıb.


Söhbət Avropa İttifaqı (Aİ), həmçinin Danimarka, İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə vətəndaşlarından gedir.


Rusiya bu ölkələrin diplomatlarının vizasız girişinə məhdudiyyətlər qoyub.


Habelə jurnalistlər və digər rəsmi nümayəndə heyətlərinin üzvləri üçün viza güzəştləri aradan qaldırılıb.


Bundan başqa, vizaların qiyməti 50-300 dollar aralığında artacaq.



“Report”, TASS 

Şərhlər
Dünya bölməsinin xəbərləri