MDB dövlət başçıları qeyri-rəsmi sammitin keçiriləcəyi “Böyük Peterhof Sarayı” ilə tanış olublar



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Böyük Peterhof Sarayı” ("Большой петергофский дворец") ilə tanış olublar.


LIVE.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.


MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi sammiti danışıqlar masası arxasında deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı başlayıb.


Liderlər “Böyük Peterhof Sarayı”nı gəzməyi planlaşdırırlar. MDB-nin qeyri-rəsmi sammiti Strelnadakı Konstantinovski sarayında müzakirələrlə başa çatacaq.


Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.

Şərhlər
Siyasət bölməsinin xəbərləri