Sahil Babayev: "Tariximizdə ilk dəfə dövlət və özəl sektorlarında muzdluların sayı bərabərləşib"



Azərbaycan tarixində ilk dəfə olaraq dövlət və özəl sektorlarında çalışan muzdlu işçilərin sayı bərabərləşib.


Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.


Nazir bildirib ki, bu gün Azərbaycanda mülki sahədə çalışan muzdlu işçilərin sayı tariximizdə ilk dəfə olaraq 1 milyon 800 min nəfəri keçib: "Uzun illərdir ki, hər zaman muzdlu əmək münasibətlərində dövlət sektoru üstünlük təşkil edirdi. Artıq bununla bağlı göstəricilər bərabərləşib. Son 5 il ərzində özəl sektor üzrə 400 mindən artıq iş yeri yaradılıb. Bu sahədə özəl sektorun atdığı addımı yüksək qiymətləndirilməlidir və görülən işlər ölkə iqtisadiyyatının inkişafı üçün çox mühüm addımdır", - deyə S.Babayev qeyd edib.



Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri