Qəzzada ölənlərin sayı 21,5 min nəfərə çatıb



Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olanların sayı 21 507 nəfərə çatıb.


Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.


Qeyd edilir ki, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzində 187 ölüm daxildir. Lakin statistika mülki şəxslərlə silahlı qruplaşmaların üzvləri arasında fərq qoymur.


Öz növbəsində, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyinin Yaxın Şərq üzrə qurumu oktyabrın 7-dən bu yana agentliyə məxsus binalarda gedən döyüşlərdən sığınan 308 nəfərin həlak olduğunu bildirib. BMT binalarında gizlənən daha 1 095 nəfər yaralanıb.


Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.


İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri