Argentinada 20 min kolumbiyalı tələbənin pulsuz təhsili ləğv edilib



Argentina Prezident Xavyer Miley hökumətinin ölkədə yaşamayan əcnəbilər üçün pulsuz təhsili dayandıracağını elan etməsindən sonra 20 min kolumbiyalı tələbə ölkələrinə qayıdacaq.


Bu barədə “Haber Global”  xəbər verir.


Argentinada təhsil almaq istəyən əcnəbilər üçün artıq təhsilin pulsuz olmayacağını vurğulayan Miley xaricdən ölkəyə oxumaq üçün gələnlərin təhsil haqqını ödəməli olduqlarını bildirib.


Mileyin qərarını tənqid edən Kolumbiya Prezidenti Qustavo Petro, ölkəsinin tələbələrinin "sözün əsl mənasında" deportasiya edildiyini müdafiə etdi.


Petro Argentinada pulsuz təhsil alan 20 min kolumbiyalı tələbəni qəbul edəcəklərini bildirib: "Onlar sözün əsl mənasında həmin ölkədən qovulublar, onlar üçün "azadlıq" deyilən bir şey yox idi. Təhsillərini burada davam etdirmələrini təmin edəcəyik".


Hələ seçki kampaniyası zamanı Argentinada "köklü" dəyişikliklər edəcəyini söyləyən Miley, təhsil və səhiyyəni pulsuz edəcəklərini açıqlayıb.

Şərhlər
Dünya bölməsinin xəbərləri