Bakıda metrodan istifadə edənlərin sayı açıqlandı



2023-cü ilin yanvar-noyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 5,8 faiz artaraq, 198,2 milyon nəfər olub.


LIVE.az-ın məlumatına görə, bu barədə mediaya Dövlət Statistika Komitəsindən məlumat verilib.


Qeyd edək ki, ümumilikdə qeyd edilən müddət ərzində Azərbaycanda nəqliyyatçılar 1 milyard 732,0 milyon sərnişinə xidmət göstəriblər.


Sərnişinlərin 88 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.


Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 524,7 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 20,7 faiz artıb.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri