İsrailə məxsus dronun Livanın paytaxtı Beyrutun cənub şəhərətrafında yerləşən HƏMAS-ın qərargahına zərbə endirməsi nəticəsində ölən və yaralananlar var.
“Report” Livanın NNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyinin nümayəndəsi deyib.
Zərbə nəticəsində “İzzəddin Əl-Qəssam” briqadasının iki komandiri ölüb.
Onlardan biri HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruridir.
Məlumata görə, olayda 11 nəfər yaralanıb.