Azərbaycanda ana və 2 yaşlı qızı dördüncü mərtəbədən yıxılıb

Bakıda ana 2 yaşlı qızı ilə birlikdə dördüncü mərtəbədən yıxılıb.

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə hadisə Müşfiqabad qəsəbəsi bina 5, mənzil 27-də qeydə alınıb.

1981-ci il təvəllüdlü Əliyeva Aynur Məzahir qızı 2 yaşlı qızı Əliyeva Zamulə Elçin qızı ilə birlikdə dördüncü mərtəbədən yıxılıb.

Hadisə nəticəsində hər iki şəxs xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri