Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək.
Baş planda 2040-cı ilədək hava limanına gediş-gəliş sisteminin yenidən qurulması prosesi çərçivəsində nəzərdə tutulur:
• hava liimanında dəmir yolu xidmətlərinin intensivləşdirilməsi;
• avtomobil nəqliyyatı üçün parklanma imkanlarının daha da genişləndirilməsi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının terminal imkanlarından daha optimal birgə istifadə:
• sərnişinlərə xidmətlərin daha optimal şəkildə göstərilməsi;
• tələb olunan əməliyyatlar üzrə terminal imkanlarının təkmilləşdirilməsi (baqajın daşınması, qeydiyyat və s.).