Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb



Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb.


 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.


Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:


1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;


2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;


3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;


4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;


5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;


6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev


7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;


Qeyd edək ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.


Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayıb.

Şərhlər
Siyasət bölməsinin xəbərləri