Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının bu il 2,4 %, 2025-ci ildə isə 2,5 % artacağı gözlənilir.
Bu barədə Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər" hesabatında bildirilib.
Sənədə əsasən, bu göstəricilər 2023-cü ilin iyun ayında dərc olunan proqnozlarına nisbətən 0,1 faiz bəndi azdır, lakin oktyabr ayındakı gözləntilərə nisbətən eynidir.
“2024-2025-ci illərdə Cənubi Qafqazda iqtisadi artım illik 3,3 % səviyyəsində sabit qalacağı proqnozlaşdırılır. Rusiyadan pul köçürmələrinin daha da azalması gözlənilsə də, təkrar ixrac və turizm iqtisadi fəallığı dəstəkləməyə davam edəcək.Bununla belə, uzunmüddətli artıma əmtəə asılılığı, zəif nəqliyyat əlaqələri və logistika və Ermənistan və Azərbaycan arasında mümkün davam edən geosiyasi gərginlik mane olmaqda davam edəcək”, - hesabatda qeyd edilib.
Report